Bakı. Trend:
Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyətinin aparılmaqaydaları müəyyənləşdiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərihaqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.
Layihəyə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edənərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakıilə aparılacaq və bu zaman həmin ərazi əvvəlcədən müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənnəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təminediləcək.
Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkənabidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədəqərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən qəbul ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.