AZ

Prezident Şuşa ilə bağlı yeni qaydaları TƏSDİQLƏDİ

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti yeni qaydalarla tənzimlənəcək.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq. Bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
29
redaktor.az

10Mənbələr