EN

“Şaxta Babanın gətirdiyi hədiyyələr uşaqlar üçün risklidir” AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Yeni il və bayram hədiyyə qutularında olan şirniyyatlar uşaqlar üçün çox cazibədar olsa da, sağlamlıq baxımından müəyyən risklər daşıyır. Şirniyyatların şəkər miqdarı yüksəkdir və diş çürüməsinə səbəb ola bilər”. Bunu qida mühəndisi, ekspert Güldanə Qasımlı Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, çox şəkərli qidalar uşaqlarda qan şəkərinin sürətlə yüksəlməsinə, enerji dalğalanmalarına və əsəbilikə yol açır:“Bu məhsullar həmçinin yüksək kalori daşıyır. Çox yeyildikdə uşaqlarda çəki artımı və piylənmə riski yaranır. Hədiyyə qutularında qoz-fındıq, yumurta, süd kimi allergenlər ola bilər. Bu, allergiyası olan uşaqlar üçün təhlükəlidir. Bəzi şirniyyatlarda süni rəng və dadlandırıcılar istifadə olunur. Bu maddələr bəzi uşaqlarda həzm problemləri və allergik reaksiyalara səbəb ola bilər. Şirniyyatların çoxluğu uşaqların əsas qidaları, vitamin və mineralları kifayət qədər qəbul etməsinə mane olur. Qida balansı pozulur və inkişaf dövründə problem yarana bilər. Hədiyyə qutularında şirniyyatın miqdarını məhdudlaşdırmaq, quru meyvə, təbii meyvə parçaları və kiçik oyuncaq əlavə etmək daha sağlamdır. Uşaqlara şirniyyatı balanslı şəkildə, hər gün yox, müəyyən günlərdə vermək tövsiyə olunur”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
demokrat.az

1Sources