EN

"Rusiya-Ukrayna müharibəsində barışığa gəlmək tezdir"

"Rusiya və Ukrayna müharibəsində hələlik heç bir irəliləyiş yoxdur. Hər iki tərəf Trampın qulağına xoş gələcək açıqlamalar verir və onu tərifləyir".

Bu fikirləri Redaktor.az-a Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Trampın görüşünün mümkün nəticələrindən danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov bildirdi.

Onun sözlərinə görə, real mənzərə Rusiyanın və Ukraynanın bir-biri ilə barışığa gəlməsinin hələ bir qədər tez olduğunu göstərir:

"Hər halda, ABŞ-də Zelenski ilə Tramp arasında baş tutan görüş bir sıra məsələlərin çox ciddi şəkildə müzakirə olunması ilə nəticələndi. Lakin bu müzakirələr üçtərəfli münasibətlər çərçivəsində aparılır və hələ də davam edir. Müharibənin son bir neçə gündə daha da şiddətlənməsi isə onu göstərir ki, hazırda maksimum hədəf məhz hərbi sahədir. Tərəflər çox yaxşı bilirlər ki, bu gün və bu saatlarda, yəni hazırkı günlərdə daha çox zərbə endirməklə psixoloji üstünlük qazanaraq diplomatik danışıqlarda istəklərinə daha çox nail ola bilərlər. Ona görə də hələ müharibənin dayanması barədə danışmaq tezdir".

Nuriyyə NATİQQIZI

Chosen
50
redaktor.az

1Sources