Azərbaycan və Türkiyə bayraqlı iki tankerdən məlum olmayan səbəbdən təcili yardım çağırışı edilib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, hadisə Türkiyə vaxtı ilə saat 11:50 radələrində İstanbulun Florya sahillərində baş verib.
Hadisə yerinə Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinə bağlı xilasetmə komandalarının göndərildiyi və çalışmaların davam etdiyi bildirilib.