EN

Prezident professora vəzifə verdi

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, professor Fuad Məmmədova yeni vəzifə verilib.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, F.Məmmədov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin olunub.

Qeyd edək ki, Fuad Məmmədov 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub.

1964-cü ildə Bakıdakı 150-nömrəli məktəbi, 1969-cu ildə isə Azərbaycan neft və kimya institutunun kimya-texnoloji fakultəsini bitirib. 1975-ci ildə tarix elmləri namizədi elmi dərəcəni almaq üşün dissertasiyanı, 1985-ci ildə isə - Azərbaycanda elm tarixi üzrə ilk doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə beynəlxalq Amerika-Rus konfliktologiya məktəbini bitirib.

Kulturoloq, tarix elmləri doktoru, professordur. O, Azərbaycanda kulturologiya elminin yaradıcısı hesab edilir.

F.Məmmədov 1990-cı ildə bir sıra görkəmli ziyalı ilə birlikdə “Simurq” Mədəniyyət Assosiasiyasını yaradıb.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
58
4
yenisabah.az

5Sources