Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, professor Fuad Məmmədova yeni vəzifə verilib.
Turkustan.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, F.Məmmədov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin olunub.
Qeyd edək ki, Fuad Məmmədov 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub.
1964-cü ildə Bakıdakı 150-nömrəli məktəbi, 1969-cu ildə isə Azərbaycan neft və kimya institutunun kimya-texnoloji fakültəsini bitirib. 1975-ci ildə tarix elmləri namizədi elmi dərəcəni almaq üçün dissertasiyanı, 1985-ci ildə isə - Azərbaycanda elm tarixi üzrə ilk doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə beynəlxalq Amerika-Rus konfliktologiya məktəbini bitirib.
Kulturoloq, tarix elmləri doktoru, professordur. O, Azərbaycanda kulturologiya elminin yaradıcısı hesab edilir.
F.Məmmədov 1990-cı ildə bir sıra görkəmli ziyalı ilə birlikdə “Simurq” Mədəniyyət Assosiasiyasını yaradıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.