EN

Bakıda avtomobil məscidə çırpıldı: 1 nəfər öldü, 3 nəfər yaralandı

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

Nəticədə avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər - Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Chosen
360
50
publika.az

10Sources