EN

Qərbi Azərbaycandan oğuz türklərinin etnik təmizləmənin sonuncu mərhələsinin memarları  (1987-1991)

Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı son iki yüz il ərzində həyata keçirilən etnik təmizləmə siyasətinin sonuncu mərhələsi artıq ötən əsrin səksəninci illərinin ortalarından başlamışdır. İflasa uğramış  Miatsum  "Birləşmə" ideyasının  memarlarını tanımaq, tarixdən ibrət dərsi götürmək gənc nəsil üçün çox önəmlidir. Zəfər müharibəsindən sonra regionda vəziyyətin Azərbaycan xalqının xeyrinə dəyişməsinə baxmayaraq hələ də revanşist qüvvələrin tör-töküntüləri Ermənistanda qalmaqdadır. Qarşıdakı düşmənin məkirli hiyləgər olmasını bildiyimiz üçün biz gənc nəslə bu tarixi yaxşı aşılamalıyıq.  Əslində Miatsum “Böyük Ermənistan” ideyasının tərkib hissəsi olmaqla birinci Qarabağ müharibəsinə səbəb olan Qarabağ hərəkatı zamanı istifadə olunan konsepsiya və şüar idi. İdeya əsasən erməni əhalisinin yaşadığı ərazinin Azərbaycanın yurisdiksiyasında qalmasından narazı olan ermənilər arasında M.Qarbaçovun perestroyka (yenidənqurma) dalğasında yaranmışdır. Bu ideyanın memarlarından biri erməni yazçısı Zori Balayan idi. Z.Balayanın 1981-ci ildə Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işinin başlanığıcı hesab etmək olar.    O,  "Ocaq" əsəri  ilə  tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir". Sözügedən kitab Yerevanda nəşr olunan nüsxəsi Azərbaycanda populiyarlıq qazanmamışdır. 1984-cü ildə əsər Moskvada çap edildikdən sonra Azərbaycanda qəzəblə qarşılandı.  Hadisələrin sonrakı inkişaf tendensiyasına diqqət edək.

21 fevral  1985-ci il tarixdə  Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi bürosunun iclasının gündəliyinə daxil edildi.

1985-ci ilin dekabırında  isə   “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda mübarizəni yenidən genişləndirmək haqqında qərar qəbul etdi.

 1986-cı  ilin fevral ayında  Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) daş və mərmər karxanalarına müdir təyin edilmiş, millətçi kimi tanınan Arkadi Manuçarov SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edərək Xankəndində tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaratdı. “Krunk” sözü erməni dilində durna deməkdir. Ancaq sonradan məlum oldu ki, “Krunk” sözü rus dilində “Комитет Революционного Управления Нагорного Карабаха” sözlərinin baş hərflərindən yaranmışdı. Təşkilatın əsas məqsədi isə tarixi abidələri qorumaq deyil, DQMV-ni Ermənistana birləşdirməyə nail olmaq idi.

1987-ci il iyun-iyul  tarixindən Ermənilər Xankəndinin  küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kompaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. Bu hərəkatın əsas aparıcı qüvvəsi olan “Krunk” təşkilatı da gizli fəaliyyət göstərirdi.

Miyatsum ideyasının alovlu tərəfdarlarından biri də Krunk təşkilatının rəhbəri Arkadi Manveloviç Manuçarov idi.  

İlin ikinci yarısında  Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər.

21 oktyabr 1987-ci ildə  Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini, böyük dövlət adamı  Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdi. Bundan bir neçə gün sonra artıq ermənilər mübarizəni açıq sferaya keçirdilər. Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü.

28 fevral 1988-ci ildə  Qarabağın Ermənistana verilməsini əsaslandırmaq məsədi ilə Sovet Xüsusi Xidmət orqanlarının hazırladığı Sumqayıt hadisələri həyata keçirildi.

Sovet Xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən Sumqayıt cinayətindən  ermənilər müəyyən dərəcədə istəklərinə nail oldular.  Onlar xaricdə fəaliyyət göstərən erməni lobbisinin vasitəsi ilə Avropa Parlamenti (1988), ABŞ Senatı (1989) və Argentina parlamentində Sumqayıt hadisələrini pisləyən qərarlar qəbul etməyə nail oldular. Eyni zamanda Ermənistanın daxili aditoruyasına həmçinin beynəlxalq ictimaiyyətə aşıladılar ki erməni xalqı ilə azərbaycan xalqının birlikdə yaşaması mükün deyil. 

Sumqayıt hadisələri bu tendensiyaları daha da gücləndirdi və bu, Azərbaycan Respublikasının qoşunları ilə Dağlıq Qarabağdakı erməni qüvvələri arasında hərbi toqquşmalara səbəb oldu.

1988-ci ildə Miyatsum ideyasının memarları Georgi Şahnazarov, Zori Balayan və Silva Kaputikyanla birgə Moskvada Mixail Qorbaçovla görüşür və ondan "Qarabağ məsələsini" Ermənistan SSR–in xeyrinə həll etməsini xahiş edir.

Qarabağ Komitəsi -1980-ci illərin sonlarında bir çox erməni tərəfindən faktiki lider kimi tanınan bir qrup erməni avantüristi.  Komitə 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə yaradılıb. Komitə 1988-ci il dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələdən sonra Azərbaycandan göndərilən humanitar yardıma mane olmaq ittihamı ilə 11 dekabr 1988-ci il  tarixində  sovet hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş, lakin 31 may 1989-cu ildə sərbəst buraxılmışdır. Komitə daha sonra Pan-Erməni Milli Hərəkatını yaratmışdır. 1990-cı ildə  The New York Times komitəni "Ermənistanda ən nüfuzlu millətçi qrup" adlandırmışdır.

“Qarabağ” Komitəsi, Artsax hərəkatının erməni komitəsi. Mərkəzi hakimiyyətin diqqətini erməni xalqının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və konstitusiya ilə təmin edilməsi tələbinə yönəltmək məqsədi ilə 1987-ci ildə formalaşmağa başlandı. Sonralar Ermənistanın SSRİ-dən müstəqilliyi bərabər məqsəd kimi qarşıya qoyuldu. O, 1980-ci illərin sonlarında minlərlə insan nümayişləri və mitinqləri təşkil edib onlara rəhbərlik edib, həmçinin Artsaxda paralel mübarizəyə öz təsirini göstərib. Erməni Milli Hərakatı    Ermənistanın tarixində ilk hakim qüvvəyə çevrilən Qarabağ Komitəsinin əsasında yaradılıb.

“Qarabağ” Komitəsinin üzvləri Levon Ter-Petrosyan, Vazgen Manukyan, Babken Ararktsyan, Aşot Manuçaryan, Vano Siradeqyan, Rafael Kazaryan, Samson Kazaryan, Ambartsum Qalustyan, Aleksan Hakobyan, David Vardanyan və  Samvel Qevorqyan sonralar Ermənistanın siyasətində mühüm yer tutan siyasi funksionerlər oldular.

“Böyük Ermənistan” mifoloji arzusundan törəyən Miyatsum ideyasının memarları Azərbaycan türklərinə qarşı sonuncu etnik təmizləməni həyata keçirməklə tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan  yüz minlərlə həmvətənlərimiz  tərk etməsinə iyirmi faiz ərazimzin işğal edilməsinə səbəb oldu.  Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  ikyüzillik  məğlubiyyətçilik sindiromuna son qoyaraq öz torpaqlarını işğaldan azad etməklə Miyatsum ideyasını tarixin zibilliyinə göndərdi. Lakin bütün bunlar bizim tarixi gerçəkliklərimizi öyrənmək və bundan ibrət götürmək və daima ayıq olmaq zorundayıq. 

 

Səməd Vəkilov

Chosen
91
qht.az

1Sources