EN

Tehranda tətil elan edildi

Dekabrın 31-i Tehran əyalətində ümumi tətil elan olunub.

"Yeni Sabah" xəbər verir ki, bu haqda İranın hökumət mediası məlumat yayıb.

Məlumata görə, bəzi təcili tibb yardım müəssisələri və xəstəxanalar istisna olmaqla, məktəblər, universitetlər, idarələr, bazarlar, iaşə obyektləri və başqa iş yerlərində tətil elan edilib.

Rəsmi məlumata görə, bu, havanın kəskin soyuması və enerji çatışmazlığı ilə bağlıdır.

Qeyri-rəsmi məlumatlarda isə bunun təyin olunan etiraz aksiyaları ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gündür Tehranda etiraz aksiyaları keçirilir və dekabrın 30 və 31-də yeni aksiyaların keçiriləcəyi barədə çağırışlar edilib./Axar.az


Telegram kanalımız
Chosen
24
2
yenisabah.az

3Sources