EN

FİFA ofsayd qaydasında dəyişiklik edə bilər

FİFA prezidenti Canni İnfantino futbol qaydalarında, xüsusilə ofsaydın müəyyənləşdirilməsi ilə bağlı mümkün dəyişikliklərə işarə edib.  

90deqiqe.Az-ın "World Soccer Talk"a istinadən məlumatına görə, İnfantino Dubayda keçirilən ilk Dünya İdman Sammitində çıxışı zamanı oyunu daha hücumameyilli və cəlbedici etmək məqsədi daşıyan təkliflə çıxış edib.

“Biz illər ərzində inkişaf etmiş ofsayd qaydasını nəzərdən keçiririk. Ola bilsin ki, gələcəkdə hücumçu yalnız tam şəkildə irəlidə olduqda ofsaydda sayılacaq”

Yeni sistemin 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında tətbiqi istisna edilmir.

Qeyd edək ki, bu istiqamətdə islahat ideyası daha əvvəl “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger tərəfindən irəli sürülmüşdü.

Chosen
73
90deqiqe.az

1Sources