EN

Bakıda ağaclıq sahədə yanğın baş verib - Video

Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verib...

Poliqon xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.

Poliqon.info

Chosen
51
22
poliqon.info

10Sources