EN

Son üç oyunda 18 min manat! “Qarabağ” azarkeşlərinə nə olub?

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son oyunlarda “Qarabağ”ın turnir cədvəlində “Sabah”dan geri qalması, deyəsən, ağdamlı azarkeşlərin əsəblərini korlayıb.Belə ki, “Qarabağ” azarkeşləri 1-ci turdan təxirə salınan oyunda rəqibin ünvanına təhqiramiz ifadələr işlədildiyinə görə 7 min, stadiona vurulan maddi ziyana görə 3 min manat cərimələnib. 15-ci turda “Araz-Naxçıvan”la oyunda azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 3 min, növbəti – 16-cı turda da eyni hal ikinci dəfə təkrarlandığına görə Ağdam klubu daha 5 min manat cərimələnib.Maraqlı məqam budu ki, qalan 13 turda azarkeşlərə görə “Qarabağ” heç bir cəza görməyib. Yaxşı, görəsən, ağdamlı azarkeşlərə nə olub?MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
1
icma.az

2Sources