EN

İşdən çıxarılan icra başçısı 12 il müddətinə həbs edilə bilər

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi - rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, icra başçısı ilə bağlı məsələdə bir neçə meyar öz əksini tapır:

"Külli miqdardan, o cümlədən hədə-qorxu ilə tətbiq olunmadan söhbət gedir. Bütün bu faktlar üzə çıxsa, Elxan İbrahimovu 12 il həbs cəzası gözləyə bilər".

Chosen
52
8
bakivaxti.az

9Sources