EN

Putindən Zelenskiyə gözdağı İqamətgaha hücuma belə cavab verildi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Silahlı Qüvvələri Odessa vilayətinin liman infrastrukturuna güclü zərbə endirib. Hücum nəticəsində bir neçə limanda, o cümlədən Yujnıy (Cənub) və Çornomorsk limanlarında mühüm iqtisadi obyektlərə ziyan dəyib.

Globalinfo.az xəbər verir ki, məlumatlara görə, liman infrastrukturu kamikadze dronlarla hədəfə alınıb.

Zərbələr zamanı Panama bayrağı altında üzən, taxıl daşıyan quru yük gəmisi, eləcə də bitki yağının saxlanılması üçün nəzərdə tutulan rezervuarlar zədələnib.

Eyni zamanda “Voennıy Osvedomitel” Teleqram kanalı Odessa vilayətinin limanlarına daxil olmuş Panama bayraqlı “Emmakris III” və “Captain Karam” gəmilərinin zədələnməsini əks etdirən görüntülər yayıb. Kanalın qiymətləndirməsinə əsasən, hücumlar “Geran” tipli dronlar və ya raketlərlə deyil, daha az gücə malik “BM-35” kimi dronlarla həyata keçirilə bilər. Hücumların “Rubikon” mərkəzinin fəaliyyəti nəticəsində baş verdiyi ehtimal olunur.

Qeyd olunur ki, daha əvvəl də həmin mərkəzə aid FPV-dronlar Odessa sahilləri yaxınlığında gəmilərə zərbələr endirib. Kanal müəllifləri bildirirlər ki, bu cür dronlarla ciddi dağıntılar törətmək çətindir və baş verənlər daha çox Rusiya tərəfinin gəmi sahiblərinə Ukrayna limanlarına daxil olmamağa dair xəbərdarlığı kimi qiymətləndirilə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
globalinfo.az

1Sources