EN

“Qarabağ”ın rəqibinin məşqçi heyətində dəyişiklik

“Liverpul” klubunun məşqçi heyətində dəyişiklik baş verib.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, Aaron Briggs Mersisayd təmsilçisində standart vəziyyətlər üzrə məşqçi postunu tərk edib. 

Briggs ilə yolların ayrılması klubun hazırkı problemləri fonunda baş verib – Arne Slotun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada standart vəziyyətlərdən qapısında ən çox qol buraxan komandalar sırasında “Bornmut” və “Nottingham Forest” ilə bərabərdir.

Aaron Briggs 2024/25 mövsümündən bəri “Liverpul”un məşqçi heyətində çalışırdı. Hazırda klub Premyer Liqada 4-cü pillədə qərarlaşıb.

Komandanın növbəti oyunu 1 yanvar tarixində “Lids”ə qarşı evdə olacaq.

Chosen
38
90deqiqe.az

1Sources