EN

2026 cı il iqtisadi proqnoz... Vergi yükü artdıqca, xərclər azalır, bu da iqtisadi fəallığın zəifləməsinə səbəb ola bilər

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

2026-cı ilə dair iqtisadi proqnozlar Azərbaycan üçün nikbin deyil. Neft hasilatındakı azalma, ərzaq qiymətlərindəki artım və vergi yükünün çoxalması həm dövlət büdcəsinə, həm də vətəndaşların gündəlik həyatına ciddi təsir göstərə bilər.2026-cı il iqtisadi proqnoz: maaş, inflyasiya, devalvasiya, vergilər... Ölkə iqtisadiyyatını nə gözləyir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 2026-cı il Azərbaycan iqtisadiyyatı üçün asan keçməyəcək.

Natiq Cəfərli

“2026-cı ilin iqtisadi göstəricilərinin Azərbaycanda ürəkaçan olacağı gözlənilmir. Neft hasilatında azalma artıq rəsmi olaraq təsdiqini tapıb və bu, iqtisadiyyatın əsas dayaqlarından birinə birbaşa təsir edir. Üstəlik, gələn il neftin dünya bazar qiymətlərinin 60 dolların altına düşəcəyi ehtimalı yüksəkdir. Bu da həm Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinə, həm də dövlət büdcəsinin parametrlərinə mənfi təsir göstərə bilər.

Mərkəzi Bank və hökumət inflyasiyanı 2026-cı il üçün təxminən 4% civarında proqnozlaşdırsa da, oxşar proqnozlar 2025-ci il üçün də verilmişdi. Reallıqda isə ərzaq inflyasiyası 6.8%-ə yüksəldi. Gələn il də ərzaq inflyasiyasının yüksək qalacağı gözlənilir.

Eyni zamanda həm əhalinin, həm də biznesin vergi yükünün artması da gözlənilir. Bu isə vətəndaşların gündəlik tələbat mallarına daha az vəsait ayırması ilə nəticələnə bilər. Vergi yükü artdıqca, xərclər azalır, bu da iqtisadi fəallığın zəifləməsinə səbəb ola bilər.

Bu il ÜDM artımı Azərbaycanda 2026-cı ildə ən yaxşı halda 1,6 % olacaq ki, bu da 2 % -ə qədər olanda kiçik ölkələrin iqtisadiyyatlarında bu heç artım da sayılmır, əslində inflyasiyanın yaratdığı effekt kimi dəyərləndirmək olar.

Bütün bu faktorlar onu deməyə əsas verir ki, 2026-cı il Azərbaycan iqtisadiyyatı üçün asan keçməyəcək”-deyə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
icma.az

1Sources