EN

Türkiyədə 100 dən çox aviareys bu səbəbdən ləğv edildi YENİLƏNİB

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin “AJet” hava yolları da 31 dekabra planlaşdırılan 42 aviareysi ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə hava yolları şirkətinin mətbuat katibi Mehmet Yeşilkaya “X” hesabında paylaşım edib.

“Ölkəmizin şərq və mərkəzi hissələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbilə 31 dekabra planlaşdırılan 42 uçuş ləğv edilib”, – məlumatda bildirilir.

**

Türk Hava Yolları gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabra planlaşdırılan 61 reysi ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə THY-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Yahya Üstün “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

“Hörmətli sərnişinlər, ölkəmizin şərq və daxili bölgələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 reysimiz qarşılıqlı olaraq ləğv edilib. Uçuş təhlükəsizliyi bizim üçün prioritetdir. Anlayışınıza görə təşəkkür edirik”, – paylaşımda deyilir.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
10
globalinfo.az

10Sources