11:56 31.12.2025
11:56 31.12.2025
Türkiyədə hökm sürən güclü qar və əlverişsiz hava şəraiti ilə əlaqədar Türk Hava Yolları (THY) 61 reysin ləğv edildiyini açıqlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, qurumdan verilən açıqlamada ölkənin əksər bölgələrində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 reysin qarşılıqlı olaraq ləğv edildiyi bildirilib.