EN

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında dəmir alətlə beş nəfəri yaralayıb

Bakı, 31 dekabr, AZƏRTAC

İngiltərənin şimal-qərbində yerləşən bir xəstəxanada lomla silahlanmış əfqan əsilli kişinin təcili yardım şöbəsində insanlara hücum etməsi nəticəsində beş nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mersisayd polisinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, hadisə Nyuton-le-Uillouz şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 20 yaşlı kişi xəstəxanaya müraciət edib, lakin aqressiv davranışına görə qəbul edilməyib və ərazini tərk etməsi istənilib. Bundan sonra o, qəbul masasına və ətrafda olan şəxslərə hücum edib.

Polisin açıqlamasında deyilir: “Əfqan əsilli kişi ağır bədən xəsarətləri yetirmə, ictimai asayişin pozulması və vandalizm maddələri ilə həbs olunub. O, Mersisayd polis idarəsinə aparılıb və hazırda həbsdə saxlanılır. Yaralılar xəstəxanada tibbi yardım alırlar, onların həyatı üçün təhlükə yoxdur”.

Chosen
90
2
azertag.az

3Sources