EN

“Liverpul”un hücumçusu Yıldızın transfer sövdələşməsinə daxil edilə bilər

“Liverpul” “Yuventus”un cinah oyunçusu Kenan Yıldızla maraqlanır və pulla yanaşı, oyunçu təklif etməyi də düşünür.

Bu barədə İdman.Biz La Gazzetta dello Sport-a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Qoca Sinyora” hücumçu Federiko Kyezanı kluba qaytarmağa ümid edir ki, bu da Yıldızın “mersisaydılar”a transferinin bir hissəsi ola bilər. Qeyd olunur ki, “Yuventus” əvvəlcə Kyezanı icarəyə götürə bilər.

Kyeza 2020-ci ildən 2024-cü ilə qədər “Yuventus”da oynayıb və o, “Liverpul”a keçib. Onun ingilis klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 18 milyon avrodur.

İdman.Biz
Chosen
60
1
idman.biz

2Sources