EN

XİN Həmrəylik Günü və Yeni il münasibətilə paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) həmvətənlərimizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki səhifəsində paylaşım olunub.

"Xalqımızın birlik və həmrəyliyinin rəmzi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, dövlətimizə və xalqımıza firavanlıq, sabitlik və yeni nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

 

 

Chosen
15
16
bakivaxti.az

10Sources