EN

Türkiyədə 2025-ci ildə 53 262 zəlzələ olub

Türkiyədə 2025-ci ildə 53 262 zəlzələ olub.

APA-nın NTV telekanalına istinadən xəbər verir ki, bu, 2023-cü ildən sonra Türkiyədə ən çox yeraltı təkan qeydə alınan il olub.

Bu il maqnitudası 4-dən yüksək 437 zəlzələ olub. Türkiyədə orta hesabla hər gün maqnitudası 4-dən böyük bir zəlzələ, 15 gündə maqnitudası 5-dən böyük, 73 gündə maqnitudası 6-dan böyük bir zəlzələ baş verib.

Başqa sözlə, Türkiyədə orta hesabla saat 6, gündə isə 146 zəlzələ qeydə alınıb. Bu il Türkiyədə zəlzələ ilə əlaqədar 3 nəfər ölüb, 594 nəfər yaralanıb.

Chosen
65
4
apa.az

5Sources