Ukrayna Prezidenti Voladimir Zelenski Moskvanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına Ukrayna pilotsuz təyyarəsinin zərbə endirməsi ilə bağlı iddialarını saxtakarlıq adlandırıb.
O bildirib ki, Kiyev bu barədə Amerika tərəfini məlumatlandırıb.
“Cebheinfo.az” xəbər verir ki, Zelenski jurnalistlərlə onlayn görüş zamanı bu barədə danışıb.
"Danışıqlar aparan qrupumuz Amerika komandası ilə əlaqə saxladı, detalları müzakirə etdilər və biz bunun saxtakarlıq olduğunu başa düşürük. Əlbəttə ki, tərəfdaşlarımız həmişə texniki imkanlarından istifadə edərək bunun saxtakarlıq olduğunu təsdiqləyə bilərlər. Putinin Valdaydakı iqamətgahına edilən zərbələr saxtakarlıqdır. Orada heç kim zərbə endirməyib. Bu, sanksiyalarla bağlıdırmı?
Bəlkə də bunun müəyyən əlaqəsi var, amma mənim fikrimcə, bu, daha çox kifayət qədər uğurlu söhbət və görüş keçirməyimizlə bağlıdır, bir ay ərzində komandalarımız arasında müsbət görüş keçirildi və nəticədə Prezident Trampla görüşümüz başa çatdı", - deyə Zelenski "Ukrayinska Pravda" qəzetinə bildirib.
O deyib ki, avropalılarla daha sonra rəhbərlik səviyyəsində görüş olacaq:
“Hər şeyi hazırlamaq istəyirik və Allahın qoysa, müharibə bitdikdən sonra irəli addımlar atmaq üçün hamımız daha sonra bir araya gələcəyik. Yanvar ayında bir çox fərqli addımların atılmasını istəyirik. Bunun “Tomahawks” transferi ilə əlaqəli olub-olmadığını bilmirəm, fərziyyə irəli sürmək istəmirəm”, - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Rusiya tərəfi dünən Ukrayna dronlarının Putinin Valdaydakı iqamətgahına kütləvi hücum etdiyini bildirib.
Xəzər
“Cebheinfo.az”