EN

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi saxlanılıb

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi və Batumi şəhərlərində miqrasiya nəzarəti üzrə xüsusi tədbir keçiriblər.

Kompleks tədbirlər nəticəsində Türkiyə, Misir, Azərbaycan və İordaniya vətəndaşları da daxil olmaqla 31 xarici vətəndaş saxlanılıb.

Qeyd olunub ki, Batumidə keçirilən miqrasiya nəzarəti tədbirləri zamanı saxlanılan xarici vətəndaşlardan 13 nəfər Türkiyə Respublikasının hüquq-mühafizə orqanları və İnterpolun "qırmızı bülleteni" ilə müxtəlif ağır cinayətlərə görə axtarışda olub. Həmin cinayətlərə qətl, yetkinlik yaşına çatmayanın zorlanması və digər ağır cinayətlər daxildir.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
115
3
cebheinfo.az

4Sources