Ajans.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. "Yemək süfrəsi arxasında mənə yaxınlaşmayın. Bu mənim xoşuma gəlmir. Uşaqların yanında olanda mənə yaxınlaşmayın", - deyə Kalkin bildirib. O həmçinin əlavə edib ki, ayaqyoluya onun arxasınca getmək qəti qadağandır. Aktyor pərəstişkarlarını ailəsi ilə vaxt keçirən zaman ona yaxınlaşmamağa çağırıb. Xatırladaq ki, Kris Kolambusun "Evdə tək" filmi 1990-cı ildə ekranlara çıxıb və bütün zamanların ən çox gəlir gətirən komediya filmi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Makoley Kalkin həmin filmdə evdə tək qalan "Kevin Makkallister" rolunu oynayıb.