Ən məşhur milad filmlərindən biri olan "Evdə tək" filminin ulduzu Makoley Kalkin pərəstişkarları üçün qaydalar hazırlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
"Yemək süfrəsi arxasında mənə yaxınlaşmayın. Bu mənim xoşuma gəlmir. Uşaqların yanında olanda mənə yaxınlaşmayın", - deyə Kalkin bildirib.
O həmçinin əlavə edib ki, ayaqyoluya onun arxasınca getmək qəti qadağandır.
Aktyor pərəstişkarlarını ailəsi ilə vaxt keçirən zaman ona yaxınlaşmamağa çağırıb.
Xatırladaq ki, Kris Kolambusun "Evdə tək" filmi 1990-cı ildə ekranlara çıxıb və bütün zamanların ən çox gəlir gətirən komediya filmi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Makoley Kalkin həmin filmdə evdə tək qalan "Kevin Makkallister" rolunu oynayıb.