ain.az, GlobalInfo saytına istinadən bildirir.
Fransa yeni tədris ilindən etibarən 15 yaşdan kiçik şagirdlər üçün sosial mediadan istifadəni qadağan edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi məlumat yayıb.
“Dekabr ayında Fransa Prezidenti Emmanuel Makron ölkənin 15 və 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməli olduğunu elan etdi. Dövlət başçısının sözlərinə görə, bütün sosial media platformalarında məcburi yaş təsdiqlənməsi tətbiq olunacaq. Göstərilən yaşdan kiçik uşaqlar və yeniyetmələrin bu xidmətlərə çıxışı qadağan ediləcək”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.