EN

Gürcüstanda İran vətəndaşından 20 milyon dollar dəyərində heroin müsadirə edilib


Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qara bazarda təxminən 20 milyon dollar dəyərində olan 157 kiloqram heroini müsadirə ediblər.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinq zamanı məlumat verib.
Nazirlik rəsmisinin sözlərinə görə, dekabrın 30-da keçirilən xüsusi əməliyyat zamanı İran vətəndaşı saxlanılıb. O, yük maşını ilə qonşu ölkə üzərindən Gürcüstana heroin qaçaqmalçılığı etməkdə şübhəli bilinir. Bildirilir ki, narkotik vasitələr mərmər lövhələr arasına gizlədilmiş şəkildə daşınıb.
Chosen
84
yeniavaz.com

1Sources