EN

Minlərlə raket və 100 mindən çox dron…

2025-ci ildə Rusiya Ukrayna ərazisinə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

“Yeni Sabah” xəbər verir ki,  il ərzində Ukrayna istiqamətində 60 mindən çox aviabomba, təxminən 2,4 min raket və 100 mindən artıq pilotsuz uçuş aparatı (PUA) buraxılıb. Bu hücumlar fonunda ölkə üzrə ən azı 19 min dəfə hava həyəcanı siqnalı səsləndirilib.

Statistikaya əsasən, hava həyəcanı ən çox Xarkov vilayətində elan olunub — 2020 dəfə. Zaporojye vilayətində bu göstərici 1807, Sumı vilayətində isə 1793 olub.

Rəsmi qurumlar bildirir ki, intensiv hücumlar mülki infrastruktura və əhalinin təhlükəsizliyinə ciddi risklər yaradıb. Hava hücumlarından müdafiə sistemləri gücləndirilsə də, təhlükə yüksək olaraq qalır.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
53
yenisabah.az

1Sources