EN

Bakı şəhərində vətəndaş 5 metr dərinlikdə quyudan xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu təqribən 5 metr dərinlikdəki quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Chosen
73
23
day.az

10Sources