Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe zədələnib və təxminən 3 həftə meydandan kənarda qalacaq.
Paralel.az xəbər verir ki , bu haqda “L’Equipe” məlumat yayıb.
Fransalı futbolçuya diz bağlarının dartılması diaqnozu qoyulub. MRT müayinəsi zədənin xarakterini təsdiqləyib.
Mbappe yanvarın 4-də “Betis”lə La Liqa görüşünü və yanvarın 8-də “Atletiko” ilə İspaniya Superkubokunun yarımfinal oyununu buraxacaq.
2025/26 mövsümündə Mbappe 24 oyuna çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.