EN

Bakıda Yeni il münasibətilə bayram atəşfəşanlığı keçirilib

Bakı. Trend:

2025-ci il ölkəmizin inkişaf salnaməsində uğurlu səhifələrdənbiri kimi yazıldı. Ötən bir ildə Azərbaycanın beynəlxalq mövqeləridaha da gücləndi, siyasi, sosial, iqtisadi, mədəni, hərbi və digərsahələrdə nəzərəçarpan irəliləyişlər əldə edildi.

Trend xəbər verirki, beş il əvvəl Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərsiyasi-diplomatik müstəvidə möhkəmləndirildi, Azərbaycanın hərbigücü daha da artdı. 2023-cü ilin sentyabrında Qarabağda aparılan 24saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlətsuverenliyi tam bərpa edildi. Həmin ilin noyabrında XankəndidəVətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunanhərbi parad keçirildi.

Qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına əldəolunmuş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın ən dəyərlimilli sərvətidir. Xalqımız qazanılan tarixi Qələbəni beş ildirqürur hissi ilə qeyd edir. Əvvəlki illərdə olduğu kimi, yolasaldığımız 2025-ci il də xalqımızın yaddaşında unudulmaz, tarixihadisələrlə qalacaq.

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elanedilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğunolaraq, bu il silsilə tədbirlər keçirildi.

Eləcə də bu il Bakının Azadlıq meydanında Vətən müharibəsindəQələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi.Həmçinin Azərbaycanda III MDB Oyunları təşkil edildi.

Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə irəlisürülmüş Milli Məclisin qəbul etdiyi Amnistiya Aktının icrasınabaşlanıldı.

Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuqişləri aparılır. Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir,“Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 60 mindən çox insanazad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. BöyükQayıdış yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağvə Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdırlar.Bu gün ölkəmizin hər yerində 31 Dekabr - Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və Yeni il bayramı böyük əhval-ruhiyyə ilə qeydedilir. Paytaxt Bakımız da bu bayrama xüsusi hazırlaşıb.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilbayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib. Bakı Şəhər İcraHakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram atəşfəşanlığınıDənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlərvə şəhərimizin qonaqları böyük maraqla izləyiblər.

Məqalədə:
Chosen
71
5
az.trend.az

6Sources