EN

Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirlərindən 5 % vergi tutulacaq

Bakı. Trend:

Qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən5 faiz dərəcə ilə vergi tutulacaq.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Bildirilib ki, Vergi Məcəlləsinə əsasən, AzərbaycanRespublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldəetdikləri qeyri-sahibkarlıq gəlirlərini 14% vergi dərəcəsi iləbəyan edib ödəməlidirlər.

Mövcud vergi dərəcəsi fiziki şəxslərin xaricdən əldə etdikləripassiv gəlirləri bəyan etməkdən yayınmağa, bu məqsədlə ofşor və yayüksək güzəştli vergi yurisdiksiyalarından istifadə etməyə sövqedir. Fiziki şəxslərin xarici bank hesablarında saxladıqlarıvəsaitlər, xaricdə açılmış brokerlik hesabları vasitəsilə əldəetdikləri investisiya gəlirləri, həmçinin xaricdəki əmlakdan əldəetdikləri icarə və satış gəlirləri barədə məlumatların vergiorqanına təqdim edilməməsi isə kölgə iqtisadiyyatının həcmini dahada artırır.

Bundan əlavə, mövcud vergi dərəcəsi xaricdə yerləşən vəsaitlərinAzərbaycana repatriasiyasını ləngidən amillərdən biri kimi çıxışedir. Vergi ödəyiciləri vəsaitlərini ölkəyə qaytardıqda əlavə vergiöhdəliyinin yaranmasını arzuolunmaz hesab etdiklərindən, buprosesdən çəkinirlər. Nəticə etibarilə, kapitalın ölkəiqtisadiyyatına axını azalır və mövcud investisiya potensialınınreallaşdırılması imkanları məhdudlaşır.

Vergi dərəcəsinin 14 faizdən 5 faizəendirilməsi bir tərəfdən xaricdən əldə edilən gəlirlərinkönüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isəvergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət edəcək.

Bu dəyişiklik nəticəsində tətbiq edilən dərəcənin azalmasınabaxmayaraq, dövlət büdcəsinə daxilolmaların ümumi həcminin artmasıehtimal edilir.

Eyni zamanda, xaricdə yerləşən maliyyə vəsaitlərinin vəinvestisiyaların Azərbaycana repatriasiyası üçün əlavə stimullarformalaşacaq, daha aşağı vergi yükü isə kapitalın ölkəyəqaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcək.

Məlumat üçün bildirək ki, daha əvvəl qeyri-sahibkarlıqfəaliyyəti üzrə illik gəlirdən 14 faiz, muzdluişçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər, fərdisahibkarlar və ya vergi orqanında uçotda olan qeyri-sahibkarlıqfəaliyyətindən gəlir əldə edən fiziki şəxslər tərəfindən ödənilənmaddi yardım, mükafat və təqaüdlərdən, mediatorlara mediasiyatəşkilatları tərəfindən mülki-hüquqi müqavilələr əsasında ödənilənxidmət haqlarından habelə vəkil qurumlarının tərkibində fəaliyyətgöstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindənvergi 14 faiz dərəcə ilə vergi tutulurdu.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Chosen
77
2
az.trend.az

3Sources