EN

"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı

style='margin-bottom:10px;'>

“Zirə”nin futbolçusu Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 3-cü tur matçına çıxıb.

QOL.az xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Kamerunla qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

İlk iki turda start heyətdə meydana çıxan və sona qədər oynayan Rikardo Martines bu matçda iştirak etməyib. 30 yaşlı yarımmüdafiəçi sona qədər ehtiyatda qalıb. 

Kamerun 2-ci yerin sahibi kimi, Mozambik millisi isə ən yaxşı qrup üçüncü kimi 1/8 finala yüksəlib.

Chosen
77
4
teleqraf.com

5Sources