AZ

"Zirə"nin legionerinə şans verilmədi

“Zirə”nin futbolçusu Rikardo Martines Quimanın da üzvü olduğu Mozambik millisi Afrika Millətlər Kubokunda 3-cü tur matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, F qrupunda mübarizə aparan komanda Kamerunla qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

İlk iki turda start heyətində meydana çıxan və sona qədər oynayan Rikardo Martines bu matçda iştirak etməyib. 30 yaşlı yarımmüdafiəçi sona qədər ehtiyatda qalıb.

Kamerun 2-ci yerin sahibi, Mozambik millisi isə ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala yüksəlib.

Seçilən
43
4
football-plus.az

5Mənbələr