İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış və yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.
Bu barədə Le Nouvelliste nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, fəlakət nəticəsində təxminən 40 nəfər həyatını itirib, 100-ə yaxın insan yaralanıb.
RTS telekanalının mənbəsinin verdiyi məlumata görə, xəsarət alanların bir çoxu ağır yanıq xəsarətləri alıb.
Partlayışın səbəbləri hələlik məlum deyil.