Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2025-ci il