Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə məhkum edilmiş polkovnik Mahir Şirvanov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.
Publika.az “Qafqazinfo”ya istindla xəbər verir ki, məhkum 5 illik cəza müddətinin yarıdan çoxunu çəkib deyə, cəzaçəkmə müəssisəsinin müsbət rəyini nəzərə alaraq məhkəməyə müraciət edib.
Yerli məhkəmə M. Şirvanovun ərizəsini düzgün hesab etməyərək geri qaytarıb. Polkovnikin qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilib.