AZ

Polkovnik Şirvanov vaxtından tez azadlığa çıxmaq istəyir

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə məhkum edilmiş polkovnik Mahir Şirvanov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Publika.az “Qafqazinfo”ya istindla xəbər verir ki, məhkum 5 illik cəza müddətinin yarıdan çoxunu çəkib deyə, cəzaçəkmə müəssisəsinin müsbət rəyini nəzərə alaraq məhkəməyə müraciət edib.

Yerli məhkəmə M. Şirvanovun ərizəsini düzgün hesab etməyərək geri qaytarıb. Polkovnikin qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilib.

Seçilən
68
9
publika.az

10Mənbələr