EN

"Bir ildir qızım yuxu yatmır"

"Bir ildir qızım yuxu yatmır. Xəstəliyimlə onu narahat etmişəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Qonaqcanlı" verilişində deyib. Aktrisa xəstəliyinə görə uzun müddətdir qızlarının ona baxdığını bildirib:

"O biri qızım İntizar yatmır. Bütün işini, ailəsini atıb mənə baxır. Hamıdan üzr istəyirəm. Nə olsun övladdır, heç kim baxmaz. Bezib qaçardır. Bu xəstəliyimlə hamını yormuşam".

Qeyd edək ki, F.Mahmudova insult keçirib. 

Chosen
53
6
bakivaxti.az

7Sources