"Çelsi"dən sonra "Mançester Yunayted"də də baş məşqçi dəyişikliyi yaşana bilər.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Ruben Amorimlə yolları ayırmağı düşünür. 

Bu barədə "indykaila News" məlumat yayıb.

Amorim 2024-cü ilin noyabrından "mankunianlar"ı çalışdırır. MY onun rəhbərliyi altında 62 oyunda cəmi 24 qələbə qazana bilib.