EN

İsveçrədə Kran-Montana faciəsinə görə matəm elan edilib

İsveçrədə Kran-Montana kurortunda baş vermiş böyük yanğın nəticəsində 40 nəfərin həyatını itirməsi ilə əlaqədar milli matəm elan olunub.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu  İsveçrə Prezidenti Gi Parmelin bildirib.

Məlumata görə, hüzn əlaməti olaraq paytaxt Bern şəhərində dövlət bayraqları matəm dövrü ərzində endiriləcək.

Son məlumata görə, insident nəticəsində 115 nəfər xəsarət alıb.

Chosen
66
10
missiya.az

10Sources