EN

İsveçrədəki yanğında yaralananların çoxunun vəziyyəti ağırdır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gecə İsveçrənin Kran-Montana kurort şəhərindəki barlardan birində baş verən yanğın nəticəsində 100-dən çox xəsarət alan insanların çoxunun vəziyyəti ağırdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bölgənin polis rəisi Frederil Gisler məlumat verib.

Yanıq və zəhərlənmə diaqnozu ilə Syon, Lozanna, Cenevrə və Sürix xəstəxanalarına yerləşdirilən zərərçəkənlər arasında vəfat edənlər var.

Xatırladaq ki, yanvarın 1-ə keçən gecə "Le Constellation" barında baş vermiş güclü yanğın nəticəsində azı 40 nəfər həlak olub, 100-dön çox insan xəsarət alıb. Ölü sayının artacağı ehtimalı böyükdür. Yanaraq ölənlərin bir çoxunun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
525.az

1Sources