EN

Bayram gecəsi administratoru olduğu klubun qarşısında öldürüldü

Bayram gecəsi administratoru olduğu klubun qarşısında öldürüldü

Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Purple Karaoke & Live Bar” gecə klubunun qarşısında qətl törədilib.

Müştərilər arasında baş verən mübahisə qanla bitib.

Yanvarın 1-i gecə saat 2 radələrində 36 yaşlı H.Məcidovla 32 yaşlı Emil Rəcəbli arasında klubda mübahisə yaranıb.

Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ilkin istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, E.Rəcəbli sözügedən klubun administratoru olub.

Chosen
23
4
afn.az

8Sources