EN

Ukrayna Putinin qərargahına terror zərbəsi vurmayıb... Xəbərlər ifşa edildi... Tramp son sözünü dedi...


"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Moskvanın Putinin sarayına dron hücumu iddiaları ilə bağlı yeni paylaşım edib.

Pyalaşımda deyilir:

Valdayda Putinin iqamətgahına Ukraynanın dron zərbələri vurduğuna dair hay-küylü xəbərlər iflasa uğradı... İlk gündən Ukrayna xəbəri təkzib etdi və haqlı olaraq sübutlar istədi.

Sual qoyuldu: "91 dron Putinin qərargahına yönəldilibsə və hamısı vurulubsa, niyə onların bircəsinin videogörüntüləri yoxdur? Az sonra guya sübut olaraq Rusiya hərbi kəşfiyyat rəisi ABŞ səfirliyinin hərbi attaşesinə guya həmin dronun "nəzarət cihazını" şəffaf torbada təqdim edib. Bunun ardınca isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru əsil şok sayıla biləcək məlumat yaydı: "Aparılan araşdırmalar Ukraynanın Putinin qərargahına zərbə vurmadığını sübut edir…” MKİ-nin həmin rəyi Trampa təqdim olunan kimi Tramp öz səhifəsində yazdı: "Putinin qərargahının hədəfə alındığına dair hay-küylü xəbərlər sübut edir ki, Rusiya sülh istəmir...” Vəssalam...

"Valday informasiya əməliyyatı" belə iflasa uğradı...

Tahir TAĞIYEV

Chosen
26
baki-xeber.com

1Sources