EN

Gürcüstanın Azərbaycandan çay alışına çəkdiyi xərci 3 dəfə artıb

Ötən ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 2,75 milyon ABŞ dolları dəyərində çay idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 5,6 % çoxdur.

Təkcə ötən ilin noyabr ayında isə Gürcüstan Azərbaycandan 419 min ABŞ dolları dəyərində çay alıb. Bu, bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur.

Ötən ilin ilk 11 ayında Gürcüstan xarici ölkələrdən 10,32 milyon ABŞ dolları dəyərində çay alıb ki, bu da 1 il əvvəlki göstəricidən 27 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 2,63 milyon ABŞ dolları, Şri Lankadan 2,61 milyon ABŞ dolları, Türkiyədən 479 min ABŞ dolları, Keniyadan 475 min ABŞ dolları dəyərində çay idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 9,44 milyon ABŞ dolları dəyərində çay alıb ki, bunun da 2,95 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Chosen
53
2
far.az

3Sources