Hollivud aktyoru Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.
Ölkə.Az-ın milli.az-a istinadla məlumatına görə, TMZ bu xəbəri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.
Bildirilir ki, 34 yaşlı Viktoriya cümə axşamı səhər saatlarında hotel otağında tapılıb.
Hadisə ilə bağlı dərhal polis əməkdaşları və məhkəmə-tibbi ekspert hadisə yerinə cəlb olunub. Hazırda ölümün dəqiq səbəbi açıqlanmayıb və araşdırma aparılır.
