AZ

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Hollivud aktyoru Tommi Li Consun qızı Viktoriya Kaliforniyada yerləşən hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, TMZ bu xəbəri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.

Bildirilir ki, 34 yaşlı Viktoriya cümə axşamı səhər saatlarında hotel otağında tapılıb.

Hadisə ilə bağlı dərhal polis əməkdaşları və məhkəmə-tibbi ekspert hadisə yerinə cəlb olunub. Hazırda ölümün dəqiq səbəbi açıqlanmayıb və araşdırma aparılır.

Bizim.Media

Seçilən
113
3
bizim.media

4Mənbələr