EN

Bu il Azərbaycanı nələr gözləyir? - Məşhur ekstrasensdən PROQNOZLAR

2025-ci ili Azərbaycan üçün əlamətdar edən siyasi və iqtisadi hadisələr ölkəmizin öz prioritetlərini düzgün müəyyən etdiyini və doğru istiqamətdə irəlilədiyini göstərdi. Azərbaycan–Ermənistan münasibətlərində əldə olunan irəliləyişlər və mühüm diplomatik uğurlar dövlət gündəliyinin əsas istiqamətlərindən biri oldu. Bununla yanaşı, Azərbaycan bir sıra ölkələrlə tərəfdaşlıq əlaqələrini gücləndirdi, eyni zamanda əvvəllər minimal səviyyədə olan yeni beynəlxalq əlaqələrin əsasını qoydu.

2025-ci il artıq sona çatdı. Bu il ölkəmiz üçün bir neçə xoşagəlməz məqam istisna olmaqla, ümumilikdə müsbət hadisələrlə yadda qaldı. Bəs Alovlu Atı ilə simvolizə olunan 2026-cı il Azərbaycan üçün nələr vəd edir?

Gələcəyi bilmək hər zaman maraq doğurur. İnsanlar bu cür qabiliyyətlərə malik olmasalar da, yüksək həssaslığa sahib şəxslərin verdiyi proqnozlar və işarələr cəmiyyət üçün diqqətçəkici olur. Məşhur ekstrasens, medium və “Ekstrasenslər Döyüşü” layihəsinin 8-ci mövsümünün ən güclü iştirakçılarından biri olan Qalina Bağırova Minval Politika-ya verdiyi eksklüziv müsahibədə Azərbaycanla bağlı baxışlarını bölüşüb.

Chosen
35
3
publika.az

7Sources